Türkiyə və Ermənistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB

Ermənistan və Türkiyənin Xarici İşlər Nazirləri Ararat Mirzoyan və Hakan Fidan, danışıqlar zamanı regional və beynəlxalq prosesləri müzakirə ediblər.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin "X"-dəki səhifəsində məlumat yayımlanıb.

"Nazirlər Ermənistan və Türkiyə arasında ikitərəfli gündəlik məsələləri müzakirə ediblər. Həmçinin regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparılıb", - qeyd olunub.

***
20:53

Antalya şəhərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başlayıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Antalyada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşü başlayıb”, – deyə o, sosial şəbəkə hesabında yazıb.