İran hökuməti buna görə günahkardır - Pezeşkian
11:27 07.10.2024
Dünya
415
Hökumət insan haqlarını qoruduğunu iddia etməsinə baxmayaraq, 2022-ci il ümumxalq etirazlarında etdiyi səhvlərə görə günahlandırılır.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün Məhsa Əmini hadisəsini araşdıran xüsusi komitənin üzvləri ilə görüşündə bildirib.
Məsud Pezeşkian həmçinin vurğulayıb ki, böhran dövründə idarəetmə və informasiya sistemi düzgün işləmir. Hökumət etirazlara səbəb olan hadisələri düzgün idarə edə bilsəydi, bəlkə də aksiyalar baş verməzdi.
Pezeşkian universitetlərdə azad fikirli insanların, eləcə də tənqidçilərin təzyiqlərə məruz qalmalarına da toxunub:
“Biz onların tənqidlərindən narahat olmamalıyıq. Tənqidçilər və ya etirazçılarla ünsiyyət qurmalı, xüsusilə də tələbələr arasında bilikli insanların sərbəst danışmasına imkan verməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol