Sahibə Qafarova Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb
12:16 29.10.2024
Siyasət
394
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibəti ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sherg.az-a verilən xəbərə görə, məktubda Sahibə Qafarova öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından Türkiyə Böyük Millət Məclisinə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını ifadə edib.
Azərbaycan parlamentinin sədri bildirib ki, 101 il öncə qəhrəman Türkiyə xalqının qazandığı möhtəşəm zəfər, Cümhuriyyətin qurulduğu andan etibarən milli inkişaf yolunda atılmış addımlar, xüsusən son illərdə əldə olunmuş hərtərəfli tərəqqi sayəsində Türkiyə Respublikası haqlı olaraq dünyanın ən aparıcı və güclü dövlətlərindən birinə çevrilib.
Ortaq tarix, köklər və milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsini əks etdirən Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətləri bu gün özünün ən yüksək zirvəsindədir. Bu münasibətlər “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf edir və güclənir.
Məktubda deyilir ki, dövlətlərarası əlaqələrimizin bütün sahələrində olduğu kimi, parlamentlərarası əməkdaşlıq sahəsində də birliyimiz və həmrəyliyimiz uğurla davam edir. Belə bir əminlik ifadə olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, səmərəli və fəal əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsi naminə birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm