Psixoloq: Dərin araşdırılsa Nərmin işinin arxasından da ana, əmi şıxacaq...

Diyarbəkirin Bağlar rayonunda 8 yaşlı Narin Güranın dəhşətli ölümü ilə bağlı məhkəmə prosesi yekunlaşıb. 
Musavat.com xəbər verir ki, Məhkəmə, Narin Güranın anası Yüksel Güran, qardaşı Enes Güran və əmisi Salim Güranı “uşağa qarşı qəsdən adam öldürmə” cinayətinə görə təqsirli bilərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib.
Hadisə 8 yaşlı Narin Güranın itməsi ilə başladı. O, Diyarbəkirin Bağlar rayonunda evindən çıxdıqdan sonra yoxa çıxmışdı. Narin 19 gün sonra ölü vəziyyətdə tapıldı. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, onun ölümü qəsdən törədilmişdir. Cinayətin araşdırılması zamanı təqdim olunan sübutlar, xüsusilə Narin Güranın cəsədində tapılan saç və tük nümunələrinin ailə üzvləri ilə uyğun gəlməsi, bu dəhşətli cinayətin yaxın ailə üzvləri tərəfindən törədildiyini təsdiqlədi.
Məhkəmə zamanı şahid ifadələri və digər sübutlar əsasında təqsirləndirilənlərin cəzalarında heç bir yüngülləşdirici hal tapılmadı. Hakimlər, bu ağır cinayəti törədənlərin ən sərt cəzaya layiq olduqlarına qərar verdilər.
Narin Güranın faciəvi ölümü Türkiyə cəmiyyətində böyük rezonansa səbəb oldu. Bu hadisə uşaqlara qarşı zorakılıq mövzusunda ciddi müzakirələrə yol açdı və cəza tədbirlərinin sərtləşdirilməsini yenidən gündəmə gətirdi.
Məhkəmənin qərarı ilə cinayətdə iştirak edən şəxslər ədalət qarşısında cavab verdilər və ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edildilər. Bu, həm də uşaqların hüquqlarının qorunmasının vacibliyini bir daha vurğuladı və gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün daha ciddi tədbirlər görülməsinin əhəmiyyətini ortaya qoydu.


Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, insan hər hansısa ali və ya ilahi, digər varlıqlardan üstün bir varlıq deyil:

“Sadə dildə desəm, insan bir məhsul kimi brend adıdır. Məsələn, hər bir geyim brendi müxtəlif növdə, tərzdə geyimlər istehsal edir, eləcə də dörd ayaqlılara ümumilikdə heyvan deyilsə də, onlar da növlərə bölünür. Həmçinin bitki ümumi ad olsa da, növlərə bölünür. Eləcə də  hamı insan adına sahib olsa da, amma növlərə bölünür. Alimlər insanın canlılar sırasında sadəcə  başqa növ kimi qiymətləndirirlər. Heyvanlar arasında da yüksək intellektə sahib olan delfin, qarğa, fil, şimpanze və sairə ağıllı heyvanlar az olduğu  kimi, insanlarda da daha yüksək, orta, və ya daha aşağı inteklletə sahib növlər mövcuddur. İnsan niyə qətl törədir?  Bunun ümumi adı cahillikdir. Cahillik yalnız savad ilə müqayisə olunmur. Yəni emosiyalarını kontrol etməyi bacarmayan- bura aiddir qorxu, əsəb, psixi pozuntular və s, ümumi olaraq nəzarətdə saxlana bilinməyən, hər ağıla gələn düşüncəsinə,  hisslərinə tabe olanlara da cahil deyilir. Duyğuları idarə edə bilməyən cahil insanlarda analıq, doğmalıq kimi hisslər olmur. İnsanın  kənardan işgüzar,  tabeçi, qayğıkeş kimi görünməsi onun hələ yaxşı ata,  qadın və ya işçi olması demək deyil. Bunu bir vəzifə borcu kimi qəbul etdiyindən bu mexaniki baş verir. Suala əsasən bir ana, ya ata, ya qardaş, əmi niyə doğmasını, balasını öldürür? Çünki əslində sevgi, doğmalıq, itirmək, qəzəb, qorxu hisslərini idarə edə bilmir. Qərar vermək lazım gəlir, qərar verməyi bacarmır. Qərar verməyi, özünü, davranışını idarə etməyi bacarmayan insan, zəif və təhlükəli növ hesab edilir. Doğuşdan hamı vəhşi doğulur. Sevmək, qorumaq uşaqlıqdan öyrədilir,  amma altı yaşa kimi özünü idarə etmənin əsas bünövrəsi qoyulur. Bu cür hadisələrin qarşısını birdəfəlik almaq mümkün deyil. Amma ən azından azalması üçün güclü təhsil sisteminə ehtiyac var. Türkiyədən də, öncə eynisi Azərbaycanda Tovuzda baş verən Nərmin hadisəsi hələ də unudulmayıb. Dərin araşdırmalar aparılsa bu məsələnin də, kökündən anası və əmisi çıxacaq. Xalqın gözü tərəzidir deyimi tam doğrudur. Çox zaman kənardan izləyən xalq hər hansısa bir hadisəni, sahəsində  çalışan şəxsdən daha düz  qiymətləndirməyi bacarır”.