
Cəmiyyət borc adlı təhlükə ilə üz-üzədir - SOSİOLOQ İZAH VERİR
15:45 02.06.2025
Sosial
552
Pensiyaçıların adından kredit götürmək ailədaxili münasibətləri və cəmiyyətin mənəvi sağlamlığını zədələyir
Son illərdə pensiya yaşında olan insanların banklardan kredit götürməyə daha meyilli olması cəmiyyətdə diqqət çəkən tendensiyaya çevrilib. Əvvəllər yaşlılar kredit götürməyə ehtiyatla yanaşar, bunu təhlükəli sayardılar. İndi isə pensiyaçıların kredit götürməyə daha çox meyilli olması müşahidə olunur.
Mütəxəssislər bu prosesi yalnız iqtisadi çətinliklərlə yox, həm də sosial və mənəvi səbəblərlə əlaqələndirirlər.
İqtisadçı Pərviz Heydərov deyib ki, əvvəlki nəslə nisbətən yaşlılar kredit götürmək məsələsində daha konservativ idilər:
“Onlar banklara daha az müraciət edir, yalnız zəruri hallarda borc almağa çalışırdılar. Lakin hazırkı nəsil cəmiyyətin inkişaf səviyyəsi, tələb və təklifin dəyişməsi fonunda borc almağa daha meyillidir. Bankların fiziki şəxsləri borc əsarəti altında saxlamaq imkanları genişlənib. Pensiyaçıların kredit götürməsi isə onların şəxsi ehtiyacları ilə bağlı deyil. Əksinə, bu halların əksəriyyəti gənclərin atdığı addımların nəticəsidir. Onlar himayələrində olan pensiyaçı valideynlərdən və ya digər yaşlı ailə üzvlərindən istifadə edərək kredit götürürlər. Nəticədə kreditin pensiyaçı tərəfindən alındığı təsiri yaranır. Əslində isə borcu götürən gənclərdir, sadəcə, onların adından istifadə edilir.”
İqtisadçı əlavə edib ki, qanunvericilikdə bu sahədə müəyyən boşluqlar mövcuddur:
“Gənclər himayələrində saxladıqları pensiyaçıların güzəşt imkanlarından yararlanaraq banklardan kredit götürürlər. Bu istiqamətdə məhdudiyyətlərin tətbiqi məqsədəuyğun olardı. Hüquqi-normativ baza baxımından müvafiq çərçivələr yaradılmalıdır. Borclanmanın artması köhnə nəslin kredit götürməsi demək deyil. Onların güzəştlərindən sui-istifadə hallarına rast gəlmək mümkündür.”

Professor, sosioloq Əhməd Qəşəmoğlu isə bu vəziyyəti cəmiyyətin dəyərlər sistemində baş verən dəyişikliklərlə əlaqələndirir. O, “Sherg.az”a açıqlamasında bildirib ki, əvvəllər yaşlı nəslin borc məsələsinə ehtiyatla yanaşması və yalnız zəruri hallarda banklara müraciət etməsi təbii idi. Lakin indi onların adından gənclərin kredit götürməsi halları artıb ki, bu da ailədaxili münasibətlərdə yeni problemin siqnalıdır.
Ə.Qəşəmoğlu vurğulayıb ki, yaşlılar ailədə qərarverici yox, vasitəçi mövqeyə keçiblər:
“Gənclərin himayəsində olan pensiyaçıların adından kredit götürməsi onların ailə daxilindəki statusuna təsir edir. Bu, yaşlı nəslin qərarverici rolunun zəiflədiyini, onların adından başqalarının addımlar atdığını göstərir. Əgər yaşlı insanın adı yalnız kredit üçün istifadə olunursa, burada həm ailədaxili güvənin ticarət predmetinə çevrilməsi, həm də mənəvi məsuliyyət hissinin zəifləməsi var. Bu hallar ailə strukturlarında əvvəlki harmoniya və qarşılıqlı hörmət anlayışlarının zəiflədiyini göstərir. Gənclərin belə addımları cəmiyyətin həm iqtisadi, həm də mənəvi sağlamlığına təhlükədir. Burada tərbiyə, məsuliyyət və ailədaxili münasibətlərdə sevgi-hörmət balansının pozulması kimi vacib faktorlar rol oynayır. Sosial maarifləndirmə və ailə tərbiyəsinin gücləndirilməsi istiqamətində addımlar atılmalıdır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil