Mütəxəssislər xəbərdarlıq edir: alma, banan və armud kimi etilen verən meyvələr pomidorun tez yetişib yumşalmasına və küflənməsinə səbəb olur.
Sherg.az xəbər verir ki, tam yetişməmiş pomidorları otaq temperaturunda, günəş almayan yerdə saxlamaq daha düzgündür. Sap hissəsi aşağıya baxmalı, nəmli qalmamalı və hava alan səbət və ya kağız torbada saxlanmalıdır. Salatalıq və bibər kimi suyu çox olan tərəvəzlərlə uzun müddət yan-yana qoymamaq da tövsiyə edilir.