
Psixoloq: İnsanlar evliliyi bir şablon formasında görərək evlənmək xatirinə evlənir
11:56 15.07.2024
Sosial
463
Cari ilin ilk beş ayı ərzində ölkədə 17 448 nikah və 8 795 boşanma hall qeydə alınıb.
"Sherg.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.
Maraqlıdır, indiki dövrdə boşanmaların artmasının əsas səbəbi nədir? İndiki gənclər niyə evlenmək istəmirlər?
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a söyləyib ki, günümüzdə cəmiyyət arasında aqressiyaa çox böyükdür:

"Son vaxtlar evliliklərin deyil, boşanmaların artmasının əsas səbəbini araşdırıb tapmalıyıq. Bəlkə də insanlar evliliyi bir şablon formasında görərək evlənmək xatirinə evlənir. Həmçinin, gənclər arasında yeni bir tendensiya var. Onlar söyləyirlər ki, xasiyyətlərimiz uyğun gəlməsə, ayrılacıyıq. Buna görə də rahat davranırlar. Bəziləri azadlıq anlayışını düzgün anlamırlar. Bu səbəbdən aqressiya artır. Hər şeyin ən idealını istəmək, insanların empati duyğularının zəifliyi, dinləmə bacarığının olmaması ailədə problemlərə səbəb olur. Çütlüklər arasında ziddiyyətlər isə sonda boşanmaya gətirib çıxarır. Qəribəsi odur ki, insan artıq bir-birinə tab gətirə bilmirlər. Nəinki, ailə uzunmüddətli dostluq münasibətləri belə yox səviyyəsindədir. Sanki, ətrafa qarşı özgüvənsizlik duyğusu var''.
Ekspert vurğulayıb ki, indiki gənclərin həddindən artıq sərbəst düşüncə altında ailə dəyərlərini məhv etməsi haqlı olaraq yaşlı nəsilin xoşuna gəlmir:
''Onlar da bunu ailələrin münasibətə qarışması kimi başa düşürlər. Ona görə daha da hiddətlənirlər. Elə bir dönəmdir ki, insanlar azadlıq anlayışını özlərinə sərf edən tərzdə başa düşürlər. Fikrimcə, boşanmaların sayının artması empati bacarığının zəif, ailə dəyərlərinə düzgün qiymətləndirməməsi ilə əlaqədardır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə