
Psixoloq: Sosial şəbəkənin yaşı yoxdur, lakin...
11:09 01.08.2024
Sosial
457
"Uşağınız emosiyalarını idarə etməyi və neqativlərə adekvat cavab verməyi öyrəndikdə sosial şəbəkələrdə onun üçün hesab yarada bilərsiniz".
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya bloqerlər üçün platformanın icraçı direktoru Yekaterina Bokova məlumat verib.
Onun sözlərinə görə, uşaqlar adətən ibtidai sinifləri bitirdikdən sonra internetə çıxış əldə etmək istəyirlər.
Hər bir uşağa fərdi yanaşmaq lazımdır. Mütəxəssis izah edib ki, uşağınız emosiyalarını idarə etməyi, ünsiyyət qurmağı, stresli vəziyyətlərə və neqativlərə adekvat reaksiya verməyi öyrənənə qədər sosial şəbəkələrə girişi təxirə salmalmaq lazımdır.
Ekspert qeyd edib ki, uşaq sosial siqnalları başa düşməlidir. Ona internetdə hesab yaratmazdan əvvəl internetdə necə davranmalı olduğunu izah etmək lazımdır. Bundan əlavə, uşağınızın onlayn ünsiyyətə çox vaxt sərf etməməsinə nəzarət etmək vacibdir, bunun üçün o, məşğələlərə, gəzintilərə və müxtəlif tədbirlərə getməlidir. Mütəxəssis vurğulayıb ki, uşağa kiberbullinq barədə xəbərdarlıq etmək daha yaxşıdır.
"Heç kimin başqa şəxsi təhqir etməyə, qorxutmağa və ya alçaltmağa haqqı olmadığını və bu onun başına gələrsə, əminliklə cavab verməli və ya cinayətkara tamamilə məhəl qoymamalı olduğunu izah edin", - Bokova əlavə edib.
Azyaşlı uşaqların sosial şəbəkələrdən istifadə etdiyinin və öz hesabı olduğunun şahidi oluruq. Bəs uşaqlar nə vaxt və neçə yaşdan sonra sosial şəbəkələrdə hesablar yarada bilərlər?
Mövzuya münasibət bildirən psixoloq-konsultant Zeynəb Əyyubova isə "Sherg.az"a bildirib ki, sosial şəbəkənin yaşı yoxdur:

“Sadəcə sosial şəbəkədən istifadə edən uşaqlar nəyə baxmağa icazəsi olduğunu bilməlidir. Valideynlər bacarırsa, 13 yaşına kimi uşaqlara telefon verməsin. Əgər telefon verirsə, sosial şəbəkələrdən uzaq tutsunlar. Pandemiya dövründə online təhsil sistemi ölkəyə gəldikdən sonra valideynlər məcburiyyət qarşısında övladlarına telefon aldı. Bununla da hər bir uşağın şəxsi telefonu oldu. Sözügedən dönəmdən sonra isə valideynlər uşaqlardan telefonları geri ala bilmədilər. Digər tərəfdən hazırda çox gözəl proqramlar var. Bununla valideynlər sosial şəbəkələr və oyunlardan istifadəyə vaxt məhdudiyyəti qoya bilir. Ümumiyyətlə sosial şəbəkə hesabı uşağaın nə paylaşdığına ata və ana nəzarət etməlidir. Əgər ata və ananın nəzarəti uşağın üzərində olsa, hər şey daha gözəl olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya