"İnsan cənnət, yoxsa cəhənnəmə gedəcəyini bilmir. Əgər dünyada yaxşı yaşayıb, gözəl getmək istəyirsənsə, özünə diri olarkən rəhmət qazan. Bacarırsansa, əl tut, acı söz demə".
"Sherg.az" xəbər verir ki, bunu "Xəbər - Ətər" verilişində qonaq olan müğənni Roza Zərgərli deyib. Müğənni kliniki ölüm keçirdiyini söyləyib:
"Qanımda zəhərlənmə olmuşdu. 4-5 saatlıq həyatım beynimdən silinib. Oyananda dedim nə yaxşı ki, həyatımı normal yaşamışam. Maşının içərisində küçədə qalmışdım. Yol polisi və tibb işçilərinə təşəkkür edirəm. Onlar məni tanıdı. Təbii, hamıya yardım göstərə bilərlər. Lakin bu mənim üçün xoş bir hal idi".