Nadiri Ayan "raskrutka" edib? - “Duetimiz Nadir üçün daha uğurlu oldu”



"Sənətə gəldiyim gündən toy bazarında olmağa can atmamışam. Nadirlə
ilk duet oxuyan vaxtı ana olmağa hazırlaşırdım". 
"Sherg.az" xəbər verir ki, bunu "Tarixin bir günü" verilişində qonaq olan müğənni Ayan Babakişiyeva deyib.
A.Babakişiyeva həmkarı Nadir Qafarzadə ilə toy şənliklərinə dəvət aldığını vurğulayıb:

 "Bizə təkliflər gəlirdi. Şəmkir toylarında da iştirak edirdik. Son zamanlar bütün günü toyda deyilik. Mənə elə gəlir ki, duetimiz Nadir üçün daha uğurlu oldu. Duet səsləndirdiyimiz musiqiləri Nadir tək də ifa edib. Mən etməmişəm. Onsuz da məclislərdə oluram, lakin birlikdə oxuduğumuz mahnıları tək oxumaq istəmirəm. Yeri də yoxdur".