Müğənni Türkan Vəlizadə meyxanaçı Pərviz Bülbülənin yeni duet ortağı
haqqında münasibət bildirib. "Sherg.az" xəbər verir ki, müğənni "Həmin Zaur" verilişində qonaq olanda bu barədə danışıb. T.Vəlizadə deyib ki, P.Bülbülənin yeni duet ortağından xəbəri var: "Yaxşı qızdır. Uğurlar arzu edirəm. Əsas gənclərə dəstək versin. Çörək qazansınlar, ruziləri bol olsun. Oxuyur, oxusun. "Artıq populyaram, itirən o olacaq" sözünü deməmişəm. Pərviz mənə də dəstək göstərib. Bu gün sevilirəm".