Keçmiş gəlinindən Mətanətə:“Balalarımı geri qaytar...”

Əməkdar artist Mətanət İsgəndərliyinin keçmiş gəlini İnstaqramdakı paylaşımı ilə diqqət çəkib. "Sherg.az" xəbər verir ki, o keçmiş həyat yoldaşı üçün elçilik mərasiminə gedən M.İsgəndərliyə ismarış göndərib:
"Bu zaman nə demək lazımdır. Allah xoşbəxt etsin. Axır ki illərlə
qurduğun istəyə nail oldun. Mən Canana da sənə xeyir - dua verirəm. Sən
o 21 yaşında qıza üzük taxıb, sonra onun
başına 8 il oyun gətirən Mətanət İsgəndərlisən. Mən Canana hər zaman sənin hörmətini saxladım. Mənim balalarımı geri qaytar, övladlarımı heç bir ögey anaya vermək üçün dünyaya gətirməmişəm".