Kərim Rəhimdən danışdı: “Onu heç vaxt...”

Müğənni Kərim Abbasov "Həmim Zaur" verilişində qonaq olub. "Sherg.az"ın məlumatına görə, K.Abbasov həmkarları Zamiq Hüseynov və Rəhim Rəhimli barədə fikir söyləyib.  Belə ki, aparıcı Zaur Kamal müğənni K.Abbasova iki həmkarından
daha çox kimi istədiyini soruşub. Müğənni sualı belə cavablayıb:

"Zamiq qardaşımızdı, çox istəyirəm".

Aparıcı sonda deyib ki, R.Rəhimli ilə onu barışdıracaq. Müğənni Kərim Abbasov isə "heç vaxt barışmaram" deyə vurğulayıb.