Əməkdar artist Firuzə İbadova açıqlaması ilə diqqət çəkib.
"Sherg.az"ın məlumatına görə, "Günün Sədası" verilişində qonaq olan F.İbadova deyib ki, sənət adamlarını efirə dəvət edib əzməyin:
“Çox balaca ailədən çıxmış ola bilərəm. Sovet dövründə hamı kiçik kvadratlı evdə yaşayıb. Ailədə 5-10 uşaq olublar.
Böyük ziyarətgahlara getmişəm. Peyğəmbər övladları balaca sahədə məskunlaşıblar. Əməli-saleh olmaları onların xoşbəxtlikləridir. Hansı evdən gəldiyim şərt deyil. Əsas tamaşı qarşısında həmişə Firuzə kimi sənətimlə, səliqə-səhmanımla göz oxşayım".