Aktyor Şəhriyar Əbilov və rəqqasə Oksana Rəsulova evlilik həyatından danışıblar.
"Sherg.az"ın məlumatına görə, cütlük "Zaurla Günaydın" verilişində qonaq olub. Belə ki, Ş.Əbilov O.Rəsulova ilə bir-birlərini başa düşdüklərini söyləyib:
"Biri od olanda, digəri su olsun gərək. Oksana təbiətən "od"dur. Onu sakitləşdirirəm. Mən də, o da nəsə deyəcək, axırı fəsadlarla nəticələnəcək. Əsəblərimiz korlana və yaxud daha pis hallara gətirib çıxara bilər. Bunun baş verməməsi üçün gərək sakitləşək, bir-birimizi başa düşək".