Aktrisa Ülviyyə Xəlilbəylinin instaqram paylaşımı izləyicilərin diqqətini çəkib.
"Sherg.az" xəbər verir ki, ikinci dəfə ana olmağa hazırlaşan aktrisa izləyicilərindən onun üçün dua etmələrini istəyib: "Səhhətimdə yaranmış narahatlığa görə yəqin ki, yeni paylaşımlar edə bilməyəcəm. Sizdən istəyim mənim üçün dua etməyinizdir. Hər nə olursa, yaxşılığa olur. Demək, Allahın bir bildiyi vardır".
Ülviyyə həmkarı Murad İsmayıl ilə ailəlidir. Cütlüyün Fuad adlı oğlu var.