Sosial media paylaşımları və açıqlamaları ilə gündəmdən düşməyən İbrahim Tatlısəs adından bəhs etdirib. 5 dəfə evlənən, 7 övladı və 9 nəvəsi olan Tatlısəs istədiyi vaxt evlənə biləcəyini açıqlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 10-cu dəfə baba olmaq üçün günləri sayan İbrahim Tatlısəs evlilik paylaşımı ilə diqqət çəkib. Ötən illərdə özündən kiçik Gülçin Karakaya ilə evliliyə hazırlaşarkən ayrılan Tatlısəs son tvitində "Evliliyəmi hazırlaşır?" sualını yenə gündəmə gətirdi.
71 yaşlı Tatlısəs paylaşımında "Hər an sürpriz evlilik edə bilərəm" deyib. Məşhur müğənni daha sonra "Twitter" səhifəsində "Subaylıq Allaha məxsusdur, mən tək yaşamağı sevmirəm" sözlərini yazıb.