Kristofer Nolanın ulduzlarla dolu filmində sevgilisi Tom Hollandla çəkilməyə hazırlaşan amerikalı aktrisa Zendaya Qızıl Qlobus Mükafatlarının ən diqqət çəkən adlarından biri oldu.
Sherg.az xəbər verir ki, 28 yaşlı aktrisa gecəyə "Louis Vuitton" brendinin straplez libası ilə qatılıb. Aktrisanın zərifliyi ilə yanaşı barmağındakı üzük də gündəmdə olub.
Pərəstişkarlarının diqqətindən yayınmayan üzük cütlüyün nişanlı olması ilə bağlı söz-söhbətlərə səbəb olub. Cütlüyün 2023-cü ildə nişanlandığı iddia edilsə də, Zendaya tez bir zamanda bu iddiaları təkzib edib. Zendayanın "t" döyməsi cütlüyün nişanlı olduğu iddialarını gücləndirib.
Çapa da bənzəyən döymənin Tomun "t" hərfi olduğu düşünülür.