Bir çox məşhurun meneceri olan Ayşe Barım haqqında sosial mediada yer alan iddialarla bağlı istintaq çərçivəsində aktrisa Serenay Sarıkaya şahid qismində ifadə vermək üçün prokurorluğa çağırılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Sözcü" xəbər yayıb.
Bildirilir ki, o, yanvarın 15-də İstanbul Baş Prokurorluğuna getməlidir.
Xatırladaq ki, Türkiyədə "ID Consulting Limited Company" şirkətinin təsisçisi və ortağı Ayşe Barım barəsində istintaq aparılır. O, film sektorunda inhisarçılıq iddiaları ilə də gündəmə gəlib. Barım özünə qarşı əks fikirdə olan aktyorları sektordan uzaqlaşdırmaqda ittiham olunur.
İstintaq prosesində Barımın ölkədən çıxışına qadağa qoyulub.