Burak Dənizlə yollarını ayırdı: Məşhur aktrisa yeni sevgilisi ilə görüntülənib

 Məşhur aktrisa Bestemsu Özdemir bir müddətdir həmkarı Burak Dənizlə eşq yaşayırdı. 
Sherg.az xəbər verir ki, sosial şəbəkədə xoşbəxt pozalar verən məşhur cütlükdən pis xəbər gəlmişdi. Bir az əvvəl ayrıldığını ilk dəfə təsdiqləyən Özdemir, bitən münasibətindən danışmışdı:

 "Bazara girəndə, çox ac olanda hər şeyi almaq istəyirik, amma tox olanda ehtiyacımız olan qədər alırıq. Məncə, bir az belədir, bəzən emosional aclıq hiss edirik. Çox danismaya ehtiyac yoxdu. Əsəbləşirəm, bu adı məndən soruşmağınıza ehtiyac yoxdur. Hər kəs öz yoluna gözəl şəkildə davam edir. Çox gözəl, hörmət çərçivəsində yollarımızı ayırdıq”.

İstedadlı aktrisa Bestemsu Özdemir Etilerdə birlikdə görüntüləndiyi yeni sevgilisi ilə məkandan çıxarkən utancaq təbəssümlə jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb.