Bella Hadiddən sonra atası da mətbəxə keçdi! Bir qazan dolma bişirdi - FOTO

Dünyaca məşhur Fələstin əsilli amerikalı model Bella Hadid bir müddətdir ki, tənha həyat sürür. Bu yaxınlarda şəhər həyatını tərk edib və Texasa köçüb.
Sherg.az xəbər verir ki, Bella Hadid sosial media hesabında 2024-ci il  anlarını paylaşıb.

Məşhur model türk mətbəxinin imza ləzzətlərindən olan yarpaq dolmasını da bu kadrların arasına əlavə edib. Bella Hadidin mətbəxdə bacarığını nümayiş etdirən paylaşımı böyük marağa səbəb olub.

 
Bella Hadid və Gigi Hadidin atası, iş adamı Mohamed Hadid də mətbəxə daxil olub. Hadid  yarpaq dolması hazırladığı anları izləyiciləri ilə bölüşüb.

İş adamı üzüm yarpağı dolmasını addım-addım necə hazırladığını bölüşməyi də unutmayıb.