Bella Hadid: Fələstin həmişə fələstinlilərin olacaq!

Bu gün podiumda ən çox axtarılan modellərdən biri olan Bella Hadid sosial media hesabında paylaşımı ilə gündəmə gəlib. 
Sherg.az xəbər verir ki, Fələstin əsilli model Bella Hadid İnstaqram hesabında Fələstin müqavimətinin simvolu şəklində çəkilmiş, üzərində “Fələstin Fələstinlilərə məxsusdur” sözləri yazılmış qarpız dilimini yerləşdirib və şəklini paylaşıb.
Paylaşımında Fələstinin hər zaman fələstinlilərə aid olduğunu vurğulayan Hadid, "Hər zaman belə olub və həmişə də belə olacaq" qeydlərini yazıb.