"Ay Brilyant xanım, sən mahnını oxu, qidadan danışma” - Qida eksperti
12:57 24.10.2025
Sosial
888
Ağa Salamov: "Hər yerdən duran qidadan danışır, xalqı panikaya salıblar”
"Xalqı iyrəndirirlər, sabah immuniteti kim bərpa edəcək?”
Mal-qara arasında dabaq xəstəliyinin yayılması əhalini ətdən rəncidə edib. İnsanlar ətə qıyqacı baxır; alım, almayım? Yeyək, yeməyək? İnsanların şübhəsi təbiidir. Xəstə heyvan ətini kim almaq istəyər ki?! Amma. Məsələnin amması da var. Mütəxəssis bildirir ki, xəstə heyvanın əti düzgün şərtlərdə bişirilərsə, heç bir təhlükə daşımır.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Sherg.az-a açıqlamasında diletantların bir neçə gündür əhali arasında əsassız yerə panika yaydığını bildirdi:
- Hər yerindən duran – müğənnidən tutmuş, hamı - qidaya əli toxunmamış, laboratoriya, mətbəx görməyən, müştəri ilə işləməyən, ictimai iaşədən xəbərsiz olan, qida zənciri nədir bilməyənlər danışır. İnsanları panikaya salırlar. Brilyant Dadaşova çıxıb deyir, “insafınız olsun, uşaqları uzaq tutun... “ Ay Brilyant xanım, xalq artistisən, get, mahnılarını oxu. Gəlib sənin mikrofonunu əlindən alırıq?! Nə reklam edirsiniz özünüzü? Dabaq xəstəliyi barədə məlumat verən AQTA və 2-3 mütəxəssisdən savayı hamı reklama iləyir. Soruşursunuz, dabaq xəstəliyi tutmuş heyvanın əti təhlükəlidirmi? Baytar nəzarəti olmayan, mənşəyi naməlum ət məhsullarını alıb istehlak edəriksə, tutalım bu, xəstə heyvan ətidir, əgər biz düzgün bişirmə qaydalarına əməl etməyəcəyiksə, bütün hallarda təhlükə olacaq. Ümumiyyətlə ət məhsulları düzgün qaydada bişirilməlidir. Bişirmə zamanı iç temperatur 75 dərəcəyə çatmalıdır. İç temperatur 75 dərəcəyə çatırsa, heç bir təhlükə yoxdur. İnsanlar, zəhmət çəkib termometr alsınlar, temperaturu ölçsünlər. O zaman təhlükə olar, əgər ət yaxşı bişirilməsə. Ət mıəhsulları o zaman təhlükə daşıyır, nə vaxt ki düzgün şərtlər altında saxlanmır, müxtəlif növ çirklənmələrə məruz qalır. Amma biz nə deyirik, ət yaxşı bişirilməlidir. Zatən, həmişə ət yaxşı bişməlidir. Ət çiy qalarsa, təhlükəli olar.
A.Salamov qeyd etdi ki, ət məhsullarına, heyvan kəsiminə baytar nəzarəti olmalı, ətin mənşəyi məlum olmalıdır:
- AQTA xəstə heyvan satışına qadağa qoyub. Xəstə heyvanları olan təsərrüfatlar karantinə alınır, bir müddət onlarla təmas dayandırılır. Heyvanlardan sağalanı da ola bilər, sağalmayanı da olacaq. Vaksinasiya vacibdir. Təsərrüfat sahiblər heyvanlarına vaksin vurdurmalıdır. Vətəndaş ət alarkən baytar nəzarətindən keçirilmə sənədini, uyğunluq sertifikatını tələb etməlidir. Əgər bu sənədlər varsa, alıb istehlak etsinlər. İşin mahiyyətini bilməyənlər elə bir vəziyyət yaradıblar ki, insanlar əydən iyrənir artıq. Bəs sabah-birisigün bu insanların immuniteti aşağı düşəcəksə, B12 vitamini çatışmazlığı yaranacaqsa, əzələsi zəif adamlarda məhz qırmızı ətin tərkibində olan mioqlobin zülalı orqanizmdə çatışmayacaqsa (mioqlobin bu əzələ toxumasında - ürək və sümük əzələlərində oksigeni saxlayan və daşıyan bir zülaldır) kim məsuliyyət daşıyacaq? Buna görə cinayət məsuliyyəti yoxdur ki cəlb olunsunlar. Amma əsassız panika salanların vicdanları buna necə imkan verir? Ət məhsulu alan baytar sertifikatını tələb etsin, təqdim etməsələr həmin əti almasınlar. Bu qədər sadə. Yoxsa ki düşüblər ortalığa, ət yeməyin, təhlükəlidir, deyə bilmədiklərini danışırlar. Nə xəbərdi? Nə olub? Ətlə məşğul olanlar, bu məsələləri bilənlər danışsın qoy. Sizə nə olub düşmüsüz ortaya?!.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm