"İkinci Qarabağ savaşından sonra Azərbaycanda orduya olan rəğbət daha da artdı"
Yusif Nəzərli
14:50 25.06.2022
Tarix
1443
Bu il Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasından tam 104 il ötür. 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə həmin ilin iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edilsə də, müstəqilliyimizin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etdi.
Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyulub. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Hər il bu tarix ölkəmizdə dövlət bayramı kimi qeyd olunur. Azərbaycan KİV-i də öz növbəsində günün önəm və əhəmiyyətinə uyğun olaraq Silahlı Qüvvələr Günü haqqında ictimaiyyəti məlumatlandırır. KİV-in bu istiqamətdəki fəaliyyəti İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə daha da aktivləşib.
Şəhid, qazi və müharibə iştirakçılarından müsahibələrin götürülməsi, onların döyüş yoluna aid reportajların hazırlanması buna nümunədir.
Eyni zamanda, Azərbaycan Ordusunun öz tarixi missiyasını uğurla reallaşdırmasına və ölkəmizin ərazi bütövlüyünü təmin etməsinə dair müzakirələrin keçirilməsi də bu qəbildəndir. Xarici hərbi ekspertlər də daxil olmaqla, nüfuzlu beyin mərkəzlərindən yeni əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun qüdrəti barədə şərhlərin götürülməsi də medianın bu sahədəki fəaliyyətinin səylərini göstərir.
Media orqanları müharibədən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində atılan addmlar, sialh-sursat təchizatı, komando bölmələrinin yaradılması haqqında informasiya ilə ictimaiyyəti təmin ediblər. Cənab Prezidentin hərbçilərlə görüşləri, onun nitqlərinin əsas məqamlarının verilməsinin də şahidiyik.
Azərbaycanda medianın bu istiqamətdəki fəaliyyətini “Sherg.az”a hərbi-siyasi ekspert Həşim Səhrablı dəyərləndirib. O, bildirib ki, son zamanlar medianın ordu məsələlərinə ayırdığı diqqətin artan templə davam etməsi təqdirəlayiq hadisədir:
“Daha öncədən də bu məsələlərlə yaxından maraqlanmaq lazım idi. Amma ayrılan diqqətin artması düşünürəm ki, müsbət nəticələrə səbəb olacaq. Xüsusilə, İkinci Qarabağ savaşından sonra Azərbaycanda orduya olan rəğbət, inam və ordunun vacibliyinin fərqinə varılmasının artdığını müşahidə edirik. Bunların hər biri mediada yayımlanan və davamlı diqqətdə saxlanılan ordu ilə bağlı informasiya siyasətinin nəticəsidir”.
Atılan addımları müsbət dəyərləndirən ekspert, həmçinin qeyd edib ki, bu sahədəki işlər təkçə rəsmi xəbərlərlə sərhədlənməməlidir:
“Ordu hər millətin, xalqın, dövlətin həyatında ən əsas məsələlərdən biridir. Ordu olmazsa, sərhəd də, xalqın gələcəyi də olmaz. Bu səbəbdən bundan sonra da ordu ilə bağlı düzgün informasiya siyasətinin davam etdirilməsini məqsədə uyğun hesab edirəm. Mediada bu sadəcə rəsmi xəbərlərin paylaşılmasından ibarət olmamalıdır. Biraz informativ, eyni zamanda, ordunun əsas prioritetlərini izah edən xəbərlərin paylaşılması və bu istiqamətdə informasiya savaşının qurulması da daha uyğun olar. Aparılan işləri təbii ki, uğurlu saymaq olar.
Amma bundan daha yaxşısını da etmək mümkündür. Bu fəaliyyəti daha da genişləndirmək lazımdır. Qeyd etdiyim kimi, rəsmi xəbərlərə əsaslanan informasiyadan uzaq, sənədli və ya bədii filmlər, həmçinin jurnalist araşdırması formasında media işləri ərsəyə gətimək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət