Qərbi Azərbaycanın tarixi türk torpağı olmasına dair FAKTLAR... – Erməni yalanları ifşa edildi
Yusif Nəzərli
13:39 25.01.2023
Tarix
1555
"Sual yaranır ki, 561 min insanın talehi necə oldu?!"
“Qərbi Azərbaycanın tarixi türk-müsəlman torpaqları olduğu hamıya, ən çox da Rusiya və Ermənistana məlumdur”.
Bunu “Sherg.az”a açıqlamasında tarixçi-alim, millət vəkili Anar İsgəndərov deyib.
O bildirib ki, “Türkmənçay”, “Gülüstan” və “Ədirnə” müqaviləsinə qədər Qərbi Azərbaycanda erməni əhalinin sayı gözlə görünməyəcək qədər az idi:
“Bu tarixə isə ən çox rus tarixçilərinin əsərlərində rast gəlirik. Onların yazdıqları əsərlərin hər birində ana xətt bu torpaqların tarixi türk torpaqları olmasıdır. Ona görə ki, bu ərazidəki bütün yerlərin adı türk dilindədir.Yəni tarixən ermənilər yaşamadığı üçün burada erməni dilində heç bir ad yoxdur. Qeyd etdiyim müqavilələrdən sonra Çar Rusiyası özünə dayaq yaratmaq məqsədi ilə ermənilərin sayını artırdı. Ermənilərin Cənubi Qafqaza və Azərbaycana gəlişi ilə bağlı gizli mənbə yoxdur. Bütün tarixi faktlar aşkardadır. Hətta Təbrizdə köçürmə komitəsinə rəhbərlik edən və mənşəcə erməni olan Laqzarev ermənilərə müraciətdə “Ey həmvətənlərim, sizə təzə vətən tapmışıq”. Bu”təzə vətən“ Qərbi Azərbaycan, Qarabağ, Naxçıvan və Şirvan torpaqlarıdır. Tarixin sonrakı mərhələsində Çar Rusiyası haqqında olan “Kameral Təsvirlər“ də əhalinin köçü və Azərbaycan xalqının sayı ilə bağlı xeyli məlumat var. Vaxtilə bu əraziyə gələn Fransız səyyahı Taverneye xatirələrində “İrəvan şəhər qaladır. Bu qalada 800 ev var idi. Bu evlərdə yaşayanların hamısı türk-müsəlman əhalisidir” fikirlərini yazıb. Biz 1655-ci ildə Taverneyə bununla bağlı sifariş verə bilməzdik. Yəni Qərbi Azərbaycana gələn bütün səyyahlar bu torpaqların bizim olduğunu təsdiqləyib”.
Professorun sözlərinə görə ermənilər 1905-1906-cı illərdə əliyalın Azərbaycan əhalisini ata yurdlarından qovmağa nail oldular:
“Lakin torbaqları tərk edən insanlar yenidə geriyə döndülər. Təkrarən 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı daha amansız oldu. Xüsusən d,ə Qərbi Azərbaycanda baş verən soyqırımı çox dəhşətli idi. Erməni tarixçisi Korkodyan kitabında bu ərazidə birinci dünya müharibəsinə qədər 561 min türk-müsəlman əhalinin yaşadığını yazmışdı. 1923-cü ildə isə bu əhalinin cəmi 20 mini qalmışdı.
1936-cı ilə qədər köçən əhalinin sayı 110 minə çatdı. Sual yaranır ki, 561 min insanın talehi necə oldu? Təbii onlar məhv edildi və ya qovuldular.
Sonrakı soyqırımı və deportasiya isə 1948-1953 cü illəri əhatə edir. “Ana vətəninə” qayıtmaq istəyən xaricdəki ermənilər üçün Qərbi Azərbaycan azərbaycanlılardan təmizləndi. Ən sonuncu deportasiya isə Qarabağla bağlı problem ortaya qalxanda baş verdi. Qərbi Azərbaycandakı yerli əhali vəhşicəsinə torpaqlarından didərgin salındı.
Bu gün Qərbi Azərbaycanda bir nəfər belə olsun azərbaycanlı yaşamır. İndiki Qərbi Azərbaycan Ağqoyulu, Qaraqoyunlu və Səfəvilər dövründə Çuxursəd adlanırdı. Hamı bilir ki, bu torpaqlar tarixən Azərbaycanın olub və ermənilər sonradan gəliblər. Lakin xristian dünyası onları müdafiə etdiyi üçün saxta gözyaşlarına inanır və kömək edir. Ən dəhşətli tarixi hadisələrdən biri isə 1918-ci ildə 100 mindən artıq Cənubi Azərbaycanda yaşayan azərbaycanlı və müsəlman əhalinin ermənilər tərəfindən məhv edilməsidir. Ancaq bu gün İran və Ermənistan dostdur. Bütün bunlar bizə qonşu olan və islamdan danışan İranın da Ermənistanın tayı olduğunu göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə