
İsveçrə parlamentinin ermənilərlə bağlı müraciəti Azərbaycanın daxili işlərinə qarışmaqdır
03:38 18.10.2024
Siyasət
351
Sifarişli ikinci plan işə düşüb
İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyası hökumətə “Azərbaycan hökuməti və Qarabağdan olan ermənilər arasında bir konfrans təşkil etmək” çağırışı edib. Heç şübhəsiz, İsveçrə parlamentinin bu təşəbbüsü ölkəmizə qarşı qərəz və böhtana əsaslanır. Qərbi Azərbaycan İcmasının İsveçrə parlamentinə yönəlik bəyanatında qeyd olunub ki, sənəddə yer almış ölkəmizin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq hüquqa zidd yanaşma və böhtan dolu fikirlər onun müəlliflərinin əsl niyyətinin heç də sülh və dialoqu təşviq etmək olmadığını göstərir. Xatırladaq ki, Azərbaycan hökuməti Qarabağdan olan ermənilərin reinteqrasiyası üçün planlarını ictimaiyyətə açıqlayıb və ötən il onlarla dialoq aparıb. Lakin Qarabağdan olan ermənilər dialoqdan və Azərbaycanın reinteqrasiya təklifindən imtina ediblər. Belə olan şəraitdə İsveçrənin bitərəfliyinə istinad edib, bədnam gündəlik və formatla “dialoq”a çağırış etmək bu ölkənin bitərəf statusundan sui-istifadədir və regiondakı vəziyyəti gərginləşdirməyə xidmət edir. Regiondan xəbəri olmayan dairələrin Azərbaycanın daxili işlərinə qarışan bu cür cəhdləri təkəbbürlü yanaşma olmaqla, tamamilə qəbuledilməzdir. İcma vurğulayıb ki, Qarabağ münaqişəsi artıq beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapıb: "Buna baxmayaraq, son dövrlər bəzi qərb dairələrinin regionda yenidən münaqişə yaratmaq cəhdlərini müşahidə edirik. İsveçrə parlamentində irəli sürülmüş son təşəbbüs də bunun tərkib hissəsidir. İsveçrə parlamentinə xatırladırıq ki, dialoqa çağırılmalı olan öz ərazisindən azərbaycanlıları zorla çıxarmış olan Ermənistan hökumətidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə dialoq üçün müraciət etsə də bu, cavabsız qalıb. Bundan əlavə, məhz azərbaycanlıların Ermənistana qayıdışı üçün beynəlxalq nəzarət altında olan proses təşkil edilməlidir. Qərbi Azərbaycan İcması olaraq, üzvləri tərəfindən son günlərdə Azərbaycana qarşı iki sənəd irəli sürülmüş İsveçrə parlamentini sözügedən qərəzli və zərərli addımları dayandırmağa çağırırıq. Biz, İsveçrə parlamentinin üzvlərindən Ermənistan tərəfindən qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağı və onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik".
Bakı Politoloqlar Klubunun sədri, siyasi şərhçi Zaur Məmmədov "Sherg.az"a deyib ki, İsveçrə parlamentinin ermənilərlə bağlı öz hökumətlərinə müraciəti Azərbaycanın daxili işlərinə qarışmaqdır. Analitik vurğulayıb ki, İsveçrə dünyada neytral dövlət kimi tanınır və beynəlxalq siyasətə demək olar ki, qarışmır:

"Belə çıxır ki, budəfəki bəyanatlar deputatların özfəaliyyəti deyil, sifarişdir. Sifarişi isə bəlli mərkəzlər edib. Görünən odur ki, sülh müqaviləsinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, ölkəmizə qarşı Qarabağ erməniləri kartından mütləq istifadə ediləcək. Qərb əvvəlcə rəsmi Bakı ilə maskalanmış formada danışaraq sülh müqaviləsini imzalamağımız üçün min bir cildə girdi. Alınmayacağını görən kimi digər mövzulara "yaşıl işıq" yandırdılar. İki plan var idi - sülh müqaviləsini imzalayandan sonra NATO bazasını Ermənistanda yerləşdirmək və ermənilərin qayıdışını qabartmaq. Bu alınmadı deyə, ikinci plana keçərək erməni məsələsi ilə bağlı birbaşa danışığa başladılar. Qarşıdakı ildə Ukraynada müharibənin bitmə ehtimalının böyük olduğunu nəzərə alsaq, regional və qlobal güclərin ortaq məxrəcə gələcəkləri təqdirdə, hər iki istiqamətin Ermənistana dəstək ehtimalı böyük olacaq. Nə qədər ki, bugünkü "düşmənlər" birləşməyib, biz tarixi hədəflərimizə çatmalı, Ermənistanın boyunun uzanmasına imkan verməməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol