Sinvar 18 gün döyüşüb, öldüyü gün isə… - Şok detallar
Yusif Nəzərli
05:04 20.10.2024
Dünya
364
HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar 18 gün boyunca Qəzza zolağında İsrail hərbçilərinə qarşı döyüşlərdə birbaşa iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərəkatdakı mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, avqust ayında Siyasi Büroya rəhbərliyə başlayandan sonra ona döyüşdə birbaşa iştirak etməkdən çəkinmək tövsiyə olunub:
“Ancaq o, döyüş meydanından kənarda olmaq istəmirdi, döyüşdə ölmək istəyirdi. O, 18 gün ərzində Rəfahda İsrailə qarşı vuruşdu. Öldüyü gün də dörd yoldaşı ilə birgə döyüşürdü, döyüş iki saata yaxın davam etdi”.
Onun ehtimalına görə, yoldaşları İsrail əsgərlərini yayındırmaq və zərbəni öz üzərlərinə çəkmək üçün atəş aça-aça fərqli istiqamətə gediblər, ona görə də Sinvar öldürülərkən, tək olub (onunla döyüşən yoldaşlarının da hamısı ölüb – red.).
Mənbə vurğulayıb ki, hərəkat Sinvarın ölümündən sonra fəaliyyət üçün yol xəritəsi hazırlayır.
Qeyd edək ki, Yəhya Sinvar 16 oktyabrda İsrail ordusunun planlaşdırmadığı əməliyyatda öldürülüb. Belə ki, İsrail əsgərləri Rəfahda (Tel-Sultan ərazisində) təsadüfən HƏMAS üzvləri ilə qarşılaşıblar və atışma başlayıb. Daha sonra atəşin gəldiyi yer tank mərmisi ilə vurulub. PUA isə mərminin dağıtdığı binada Yəhya Sinvarın yaralı halda olduğunu aşkarlayıb və İsrail snayperi onu başından vuraraq öldürüb.
İsrail Sinvarın öldüyünü 17 oktyabrda təsdiqləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm