Ali təhsil müəssisələrinə qəbul olanların sayı artıb

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil və tibb müəssisələrində təhsil alan ölkə vətəndaşlarının sayı 246,5 min nəfər olub.
Sherg.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib
Qeyd olunub ki, onların da 51,1 faizini qadınlar təşkil edib.
Əvvəlki tədris ili ilə müqayisədə tələbələrin sayı 15,1 min nəfər və ya 6,5 faiz artıb.
Son illərdə ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur. Belə ki, ötən il ali təhsilin bakalavr səviyyəsinə qəbul olunan tələbələrin sayı 2023-cü illə müqayisədə 8,5 faiz artaraq 57,4 min nəfər olub.