Direktor “ovu” davam edir:“Rüşvətxorların çıxarılması...”
Fidan Həmişəyeva
12:44 21.06.2021
Elm və Təhsil
891
2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib. İdarə tərəfindən 25 məktəb direktoru Fəxri Fərmanla təltif edilib.
Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb. 19 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 1 ümumi təhsil məktəbinin (304) fəaliyyəti dayandırılıb, 1 ümumi təhsil məktəbinin (152) fəaliyyəti bərpa edilib.
19 nəfər məktəb direktorunun işdən azad edilib və bu elə də az rəqəm deyil. Ümumiyyətlə, son zamanlar direktorların iş prinsipi, vəzifələrindən sui-istifadə hallarının olub-olmaması dəqiq araşdırılır. Hansısa qanunsuzluqlar aşkar edildikdə isə işdən kənarlaşdırılırlar. Bəs bu durum digər məktəb direktorlarına dərs olurmu?
Sualımızı cavablandıran təhsil üzrə ekspert Elçin Əfəndi “Sherg.az”a bildirib ki, rəhbər vəzifədə çalışan hər bir şəxsin etik qaydalara əməl etməsi vacibdir:
“Təəssüflər olsun ki, bəzən məktəb direktorlarının bu qaydalara riayət etmədiyinin şahidi oluruq. Lakin son dövrlərdə Bakı və digər ərazilərdə bu məsələ xüsusi diqqətə alınır, lazım olduqda işdən kənarlaşdırmalar olur. Eyni zamanda direktorların qəbul imtahanlarının həyata keçirilməsi də çıxarılanların yerinə təyinatla əlaqəlidir. Amma ümumilikdə işdən çıxarılan direktorlar azlıq təşkil edir. Çünki bəzi direktorlar bu vaxta qədər tanışlıq, qohumluq əsasında işləyirdilər, indi də belədir. Kiminsə qohumu nazir müavini vəzifəsində çalışır və onlar xətaya yol versələr də, vəzifədən çıxarılmırlar. Çox istərdim ki, qeyri-qanuni əməllərə yol verdikdə onlar da işdən azad olunsunlar”.
Ekspert düşünür ki, direktorların qanunsuz əməlləri digərlərinə dərs olmayacaq:
“Çünki işini quran həmin direktor elə edib ki, müəyyən zaman çərçivəsində ödənişlərini alır və buna son qoya bilmir. Təhsilin inkişafı və gələcəkdə ixtisaslı kadrların rəhbər vəzifədə çalışması üçün rüşvətxor direktorların işdən çıxarılması yaxşı haldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət