
Ekspert: Yeni qərar Azərbaycanda peşə təhsili üzrə ixtisaslaşanların imkanlarını artıracaq
09:57 09.10.2024
Elm və Təhsil
871
Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib, yeni ixtisaslar yaradılıb.
Beləki “Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” “030102 Kargüzarlıq” ixtisas qrupuna “Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis”, “II. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissə üzrə “030206 Qaz avadanlıqlarının təmiri və istismarı” ixtisas qrupuna “Qaz təsərrüfatı qurğularının istismarı”, “030208 İaşə xidməti” ixtisas qrupuna “Qida və içki üzrə nəzarətçi”, “030213 Bələdçilik” ixtisas qrupuna “Turizm bələdçiliyi”, “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Robototexnika”, “030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Veb proqram tərtibatçısı”, “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissə üzrə “030301 Bitkiçilik” ixtisas qrupuna “Bağçılıq və tərəvəzçilik” və “Aqronomluq” ixtisasları əlavə edilib.
“030302 Kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət” ixtisas qrupuna “Aqrar (fermer) təsərrüfatının təşkili”, “030307 Meliorasiya və çilingər işləri” ixtisas qrupuna “Su təsərrüfatı qurğularının istismarı”, “030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Mebel dizayneri” ixtisasları əlavə olunub.
“IV. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə” hissəyə “030433 Geomatika” ixtisas qrupu əlavə edilib. Bu ixtisas qrupunda geodeziya və kartoqrafiya üzrə mütəxəssislərin hazırlanması yer alacaq.
“VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə” hissə üzrə “030601 Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı” ixtisas qrupuna “Dronların texniki xidməti və təmiri üzrə texnik”, “030616 Hərəkət tərkibinin təmiri və xidməti” ixtisas qrupuna “Qatar elektromexaniki”, “030624 Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik” ixtisasları əlavə edilib.
Yeni yaradılab “030635 Hava nəqliyyatı vasitələrinin texniki vəziyyəti” ixtisas qrupunda Nəqliyyat vasitələrinin texniki istismarı (hava nəqliyyatı üzrə) yer alacaq.
“VIII. “İlkin tələbat və qida məhsullarının texnologiyası” peşə istiqaməti üzrə” “Çörək və unlu qənnadı məmulatlarının texnologiyası” ixtisası əlavə edilib.
Məsələni dəyərləndirən ''məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az"a deyib ki, Nazirlər Kabinetinin yeni qərarı Azərbaycanda peşə təhsili üzrə ixtisaslaşanların imkanlarını artıracaq:

''Ümumiyyətlə, ölkəmizdə 70-80-ci illərdə peşə məktəbləri ilə bağlı ənənə var idi. Qeyd edim ki, Ali təhsil müəsisəsini bitirən məzunlar iş tapmaqda çətinlik yaşasalar da peşə məktəblərində vəziyyət belə deyil. Çünki onlara əlavə üstünlüklər verilir. Beləki həmin dövrdə peşə məktəbinin məzunları işlə təmin edilir və mənzil növbələrinə götürülürdülər. Ona görə də texniki peşə məktəblərinə böyük axın vardı. Amma müasir günümüzdə texniki peşə məktəblərinə olan münasibət tamam dəyişdi. Buna baxmayaraq, bir neçə ildir peşə məktəblərinə xüsusi diqqət ayrılır. Artıq bir çox regionda ərazilər seçilərək təcrübə plantasiyaları qurularaq yeni, müasir texniki avadanlıqlar gətirilib. Bu səbəbdən peşə məktəblərində tələbələrin sayını çoxaldığını müşahidə edirik. Hətta, peşə məktəblərini bitirənlər üçün zavod, fabrik, müəsisələrdə işlə təminat məsələsi aktualdır. Bir sözlə, bu qərar təqdirəlayiqdir və peşə məktəblərinə olan münasibət daha da yaxşılaşacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
12:44 14.10.2026
Gündəm