
Məktəblilərin “kriminal aləm”ə meyili güclənib! - Psixoloq:“Təsir altına düşürlər”
Yusif Nəzərli
14:14 11.01.2022
Elm və Təhsil
1228
Bakıda 162 nömrəli orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbliyə cinayət işi başlanılıb. Bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı C.Həsənov xəsarət alıb. Kəskin qan itirmədən ağırlaşan gəncin həyatı xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə xilas edilib.
C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü N.Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Son vaxtlarda məktəblilərdə aqressiyanın kəskin şəkildə artması müşahidə edilir. Kənardan deyilən ən adi bir sözə qarşı dözümsüz yanaşırlar. Bir-birinə və ətrafa qarşı kobud hərəkətlər, tənqid və təhqirlər özünü büruzə verir. Hətta bu cür aqressiv vəziyyət onların cinayət əməli törətməsinə səbəb olur.
Məktəblilərin bir insanın ölümünə səbəb olacaq situasiyaya düşməsinin səbəbi nələrdir? Burada ailə və məktəb nə kimi rol oynayır?

Vəziyyəti “Sherg.az”a dəyərləndirən psixoloq Azad İsazadə təkcə məktəblilərdə yox, ümumiyyətlə, hər kəsdə aqressiyanın çoxaldığından qeyd edib:
“Söhbət tək Azərbaycandan getmir. Bütün dünyada bu hal kəskinləşib. Televizoru açırsan, orada belə aqressiv hərəkətlər görülür, sərt sözlər eşidilir. Bizi əhatə edən belə mühitlə bu cür vəziyyət yaranır”.
O, “kriminal aləm”in fəsadlarını izah edib:
“Neçə on illərdir ki, sovet məkanında "kriminal oğru" adlı anlayış var. Təəssüf ki, bizim cəmiyyətdə hələ də aktualdır. Məktəbli gənclər, xüsusilə, bu mövqedə təsir altına düşürlər. Hansısa yarı romantik kriminal davranış, insanları hədələmək, “güc” göstərmək, cibində bıçaq gəzdirmək və s. məktəbliləri daha çox cəlb edir. Bu həmişə var idi. Son dövrlərdə daha çoxalıb”.
Psixoloq ailənin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib:
“Gərək valideynlər iş, ev, cəmiyyət və s. ilə bağlı əsəbi övladlarına bildirməyə, onlara sevgi və qayğı göstərə, səbrlə nəyisə izah edələr. Hər şey evdən başlayır. Böyükləri aqressiv rəftarlardan az bir ehtimalla həyat təcrübəsi saxlayır. Gənclərdə isə, vəziyyət dəyişir. Təəssüf, məktəblilər arasında artıq adiləşmiş mənfi tendensiyadır”.
Məktəblərdə psixoloq çatışmazlığının real problem olduğunu vurğulayıb:
“Həmçinin keyfiyyət baxımdan da məktəb psixoloqlarının çoxusu işin öhdəsindən gələ bilmir. Onun statusu dəyişməyənə qədər, onların işinə lazımı qiymət verilməyənə qədər məktəblilərin cinayət əməlləri ilə qarşılaşacağıq”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol