Türkiyəli rektor ilk dəfə Azərbaycanda - VİDEO

İstanbul Kent Üniversietsinin rektoru Prof.Dr. Necmettin Atsü Bakıda səfərdə olub.

Modern.az xəbər verir ki, səfəri çərçivəsində o, şəhidlər xiyabanını ziyarət edib və gördüyü mənzərədən təsirləndiyini deyib.

Professor müsahibə zamanı Azərbaycan-Türkiyə dostluğundan və qardaşlığından danışıb. O deyib ki, məhz tələbələr sayəsində bu əlaqələr daha da genişlənir.

Qeyd edək ki, İstanbul Kent universiteti 2017- ci ildə Türkiyənin mərhum baş naziri Mesut Yılmazın həyat yoldaşı Berna Yılmaz tərəfindən qurulub. Hazırda universitet daxilində 4 fakültə, 2 kollec və 1 xarici dillər kolleci, eyni zamanda magistatura institutu fəaliyyət göstərir.