Yeni məktəbli formaları idman üslubunda hazırlanacaq? - AÇIQLAMA
Yusif Nəzərli
09:21 29.03.2022
Elm və Təhsil
677
“Məktəbli formalarının ümumi dizaynları artıq hazırdır. Onların parça seçimləri ilə bağlı danışıqlar gedir. Çünki formalar ümumi olaraq “sport” üslubunda nəzərdə tutulub”.
Oxu.Az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında Bakı Tekstil Fabrikinin icraçı direktoru Elçin Babayev deyib.
O bildirib ki, qonşu ölkə Türkiyə praktikasından götürsək, pambıq tərkibli və dözümlü olması üçün çalışılır:
“Ailə büdcəsinə zərər vurmaması və tez sıradan çıxmaması üçün məktəbli formalarına bir standartın gətirilməsi şərtdir. İstehsalçı olaraq bizim də bu mexanizmlə bağlı bir sıra suallarımız olur. Dizayn aydındır, parça keyfiyyəti isə çox fərqlidir. Biz məhsul istehsalı zamanı hansından daha çox, hansından daha az istehsal etməli olduğumuzu bilməliyik. Bu gün ölkəmizdə milyon yarıma yaxın şagird var.
Bu təxminən altı milyon ədədə yaxın məhsul deməkdir. Bu məhsulun hazırlanması ölkədəki bir və ya iki fabrikin öhdəsinə düşür. 2023-cü illər üçün hazır olmalıdır deyə bizim cəmi iki il müddətimiz var. Amma düşünürəm ki, bu müddət bizə bəs etməyəcək”.
O qeyd edib ki, dizayn kimi ortaq qərar gəldiyi kimi qiymət məsələsində də ekspertlərin rəyi alınacaq:
“Ekspertlər həm valideyn kimi, həm də pedaqoq kimi bu məsələdə daha səmərəli fikirlər verə bilər. Çünki üç manatlıq parçalar da var, on manatlıq parçalar da var. Bu məsələ ilə bağlı parçaların keyfiyyətinə müəyyən standart gəlməlidir”.
Bakı Tikiş Evi Müəssisənin satış şöbəsinin müdiri Etibar Əzimov isə Oxu.Az-a açıqlamasında bildirib ki, təsdiq olunan yeni məktəbli formalarının qiymətləri hələ təsdiqlənməyib:
“Biz istehsal işi ilə məşğul olan müəssisəyik. Təhsil Nazirliyi hansı nümunəni təqdim etsə, onlarda istehsal olunacaq. Yeni məktəbli formalarının qiyməti məlum deyil. Nümunələr yeni təsdiq olunub. Biz bu barədə Təhsil Nazirliyi ilə müzakirələr aparmalıyıq. Bizim tikiş evində hazırda məktəbli fomaları istehsal onunur. Onlar yeni nümunələrdən mürəkkəbdir. Təsdiq olunan yeni məktəbli formalarını da istehsal edə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pəhləvilərin geri dönüş planı yenidən gündəmdədir, amma... - ŞƏRH
21:04 18.03.2026
Gündəm
Vens seçkilərdə Viktor Orbana dəstək üçün Macarıstana gedəcək
20:58 18.03.2026
Dünya
Gürcüstanın yeni Patriarxı məlum oldu
20:46 18.03.2026
Cənubi Qafqaz
İran rejimi üçün geri addım hüquqi fəlakət deməkdir - ŞƏRH
20:34 18.03.2026
Siyasət
Hörmüzün açılması üçün NATO müzakirə aparır - Rutte
20:20 18.03.2026
Dünya
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial