“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verib
14:49 27.06.2021
Elm və Təhsil
1057
Bu gün “Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
APA-nın məlumatına görə, yarımfinal mərhələsinin açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, idarəçi rəhbərlərdən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və “Qarabağ Dirçəliş Fondu”nun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.
Yarımfinalın açılış mərasimində idarəçi rəhbərlər çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, “Yüksəliş” müsabiqəsi yeni nəsil idarəçiləri, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaq, onların potensialını lazımi sahələrə yönləndirmək, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün böyük əhəmiyyətli müsabiqədir.
İki gün davam edəcək yarımfinal mərhələsinin ilk günündə müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran namizədlər iştirak edib. Yarımfinalda strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılacaq.
Qeyd edək ki, yarımfinal mərhələsindən öncə müsabiqənin İşçi qrupu heyəti, idarəçi rəhbərlər, iştirakçılar COVID-19 testindən keçiblər. Yarımfinal mərhələsi 28 iyun tarixində yekunlaşacaq.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət