Dünyanı silkələyən "DeepSeek" tətbiqi qeydiyyat prosesini dayandırıb

Dünya fond birjalarında səhmlərin kəskin ucuzlaşmasına səbəb olmuş Çinin “DeepSeek” çatbotu, müvəqqəti olaraq yeni istifadəçilərin qeydiyyatını dayandırıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, çinli şirkət bu qərarı “DeepSeek”in xidmətlərinin irimiqyaslı hücumlara məruz qalması ilə əsaslandırıb. Adıçəkilən süni intellekt tətbiqi son günlər "App Storun" ən çox yüklənən tətbiqinə çevrilib. Onun amerikalı rəqibi ChatGPT isə ikinci pilləyə düşüb.

Qeydiyyat prosesini müvəqqəti dayandıran “DeepSeek”dən bildirilib ki, köhnə istifadəçilər əvvəlki kimi tətbiqdən hər hansı məhdudiyyət olmadan istifadə edə biləcək. Tətbiqin qeydiyyat səhifəsində “DeepSeek”in işində həddən artıq yüklənmənin ola biləcəyi ilə bağlı məlumat paylaşılıb.