Azərbaycan bu ilin yanvar-fevral aylarında 193 milyon 365.30 min dollar dəyərində yüksək texnologiya məhsulları idxal edib.
Sherg.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların ixracı isə idxalından 17 dəfə az – 11 milyon 332.11 min dolar dəyərində olub.
Yüksək texnologiyalar məhsullarının idxalda payı 4,67 faiz, ixracda isə 0,24 faiz olub.