Azərbaycanda stolüstü kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 35,3 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 27,8%, elektrik avadanlıqlarının istehsalı 5,2% artıb.

İki ayda illik müqayisədə stolüstü kompüterlərin istehsalında 3,6 dəfə, məişət soyuducuları və dondurucularının istehsalında 40,0%, ölçmə cihazlarının istehsalında 38,8%, digər elektrik naqillərinin istehsalında 34,8%, elektrik tənzimləyici cihazlarının istehsalında isə 20,4% artım olub.