İKTA: Bəzi poçt göndərişləri qanuna uyğun olmayan obyektlərdə təhvil verilir
Yusif Nəzərli
07:12 16.09.2025
Texnologiya
547
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) poçt rabitəsi xidmətlərinin göstərilməsi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə poçt rabitəsi operatorları ilə müzakirələr aparılıb.
Bu barədə "APA-Economics"ə İKTA-dan bildirilib.
Məlumata görə, müzakirə zamanı vətəndaşlardan daxil olan şikayətlər əsasında bəzi poçt rabitəsi operatorlarının qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə bağlamaları təhvil verməsi ilə bağlı narazılıq hallarının artması və bu sahədə mövcud çətinliklər müzakirə olunub. Sözügedən problemlərin aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin operatorlar qarşılaşdıqları çətinliklər haqqında məlumat veriblər. Poçt rabitəsi operatorlarının nəzərinə çatdırılıb ki, qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə poçt göndərişlərinin təhvil verilməsi yolverilməzdir və analoji hallar təkrarlanarsa, lisenziyaların dayandırılması və ya ləğvi haqda məsələ qaldırılacaq.
Məsələ ilə bağlı “Temu” elektron ticarət platformasının məsul nümayəndələri ilə də müzakirələr aparılıb. Danışıqlar zamanı poçt rabitəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri “Temu” təmsilçilərinin diqqətinə çatdırılıb. Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və problemlər yaranan zaman onların qısa müddətdə aradan qaldırılması üçün İKTA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Əlavə olaraq qeyd olunub ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş məlumat əsasında sürətli poçt xidməti fəaliyyət növü üzrə verilmiş lisenziyaların siyahısı Agentliyin veb-saytında dərc olunur və “Temu” əməkdaşlıq etdiyi poçt rabitəsi operatorlarının lisenziya məlumatlarını bu siyahı ilə dəqiqləşdirə bilər.
Aparılan müzakirələrin nəticəsi olaraq 217 obyekt haqqında məlumat “Temu” elektron ticarət platformasından yığışdırılıb. Həmçinin gələcəkdə analoji problemlərin qarşısının vaxtında alınması və vətəndaş müraciətlərinin effektiv cavablandırılması məqsədilə İKTA və “Temu” arasında qarşılıqlı işbirliyinə dair razılıq əldə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual