İlon Mask gələn ilin sonundan humanoid (insanabənzər) robotların satışına başlanacağını açıqlayıb. Sherg.az xəbər verir ki, Mask bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı bildirib.
Mask qeyd edib ki, hazırda Tesla zavodlarında “Optimus” robotları sadə tapşırıqları yerinə yetirir və bu ilin sonuna qədər daha mürəkkəb funksiyalara malik olacaqlar. Onun sözlərinə görə, robot texnologiyalarının inkişafı qlobal iqtisadiyyatda böyük artıma səbəb ola bilər.