Rusiya hakimiyyəti "Telegram" mesencerinin bloklanma vaxtını müəyyənləşdirib və bu tədbirin aprelin əvvəllərində tətbiq edilməsi imkanını nəzərdən keçirir.
Oxu.Az bildirir ki, bu barədə mənbə RBC-yə məlumat verib.
Kremlə yaxın iki mənbə bunu qəti qərar adlandırır. Onlar bloklanmanın müzakirə edilən səbəbləri arasında qeyd ediblər ki, son vaxtlar insanların, o cümlədən yetkinlik yaşına çatmayanların qanunsuz əməllər törətmək üçün cəlb edilməsi halları sürətlənib.