"YouTube"da yenilik: Bu funksiya ləvğ edilir

"YouTube" tətbiqində fon musiqisi oxutma xüsusiyyəti artıq mobil brauzerlər üçün əlçatan olmayacaq.

Publika.az xəbər verir ki, bu dəyişikliyin səbəbi "YouTube Premium"dur.

Bildirilib ki, "Google" reklam gəlirlərindən əlavə abunə sistemi vasitəsilə də gəlir əldə etməyi hədəfləyir.

Bu xüsusiyyətin "Samsung Internet", "Brave", "Vivaldi" və "Edge" kimi üçüncü tərəf mobil brauzerlər vasitəsilə pulsuz istifadə edilə bilməsi şirkətin abunə modelini zəiflətdiyi qeyd olunub.