Çağırış: “Qohum-qonşuları virusla bağlı maarifləndirək!"

“Bir vətəndaş kimi mən də yumşalmaları təqdir edirəm”

“Lakin fəaliyyətimizə özümüzü qoruyaraq davam etməliyik”


“Fəaliyyətimizə özümüzü qoruyaraq davam etməliyik”
Çimərliklərin açılması ilə ard-arda bədbəxt hadisələrin şahidi olduq. Bəlkə də, boğulmalar, itmələr əvvəllər də olurdu, amma nəzərə almalıyıq ki, indi vəziyyət ciddidir. Koronavirus kimi hiyləgər düşmənimiz olduğu bir məqamda müksimum diqqətli davranmalıyıq. Necə deyərlər, nəinki dalğalarla, heç virusla da zarafat etməməliyik. 
 Lakin insanların davranışı ürəkaçan deyil. Çoxu sanki koronavirus bitmiş, daha bir daha qayıda bilməyəcəkmiş kimi davranır. Halbuki, bu, canlar alan, göz yaşları tökən virusdur. 

 Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev “Sherg.az”a açıqlamasında insanlara diqqətli olmağı tövsiyə edib: 

“Medianın yazdıqlarından da, ekspertlərin dediklərindən də belə məlum olur ki, biz hələ birinci mərhələni yaşayırıq. Qarşıda bizi çox ciddi sınaqlar gözləyir. Onlara hazır olmalıyıq.

Ötən dövr virusun nə qədər amansız, təhlükəli olduğunu, ipə-sapa yatmadığını göstərdi.  Neçə - neçə ziyalımız, o cümlədən jurnalistimiz, həkimlərimiz koronavirusun qurbanı oldular. Belə bir şəraitdə, bizim laqeyd davranmağa, əlbəttə, haqqımız yoxdur.

İnsanlarımızdan acizanə xahiş edirəm ki, qohumlarını- qonşularını bacardıqları qədər maarifləndirsinlər.

Düzdür, indi yoluxanların sayı azalıb. Bu, yaxşıdır. Lakin ikiqərəmli statistika bizi arxayınlaşdırmamalıdır. Bir vətəndaş kimi mən də yumşalmaları təqdir edirəm. 
Bu, süstləşməyimizə, ətalətə imkan vermir, hərəkətdə olmağımıza şərait yaradır. Lakin fəaliyyətimizə özümüzü qoruyaraq davam etməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu