Fidandan BRİKS-ə üzvlüklə bağlı mühüm açıqlama

Türkiyənin BRİKS-ə üzvlüyü məsələsi davam edən bir prosesdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"Bu, davam edən bir prosesdir. Çünki BRİKS-in özü də inkişaf edir. O, həm də identifikasiya axtarışındadır", - o bildirib.

Fidan əlavə edib ki, mövcud beynəlxalq sistem artıq bəşəriyyətin çağırışlarına cavab verə bilmir.