Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib

Azərbaycan Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulmasını müzakirə edib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Serbiyanın iqtisadiyyat naziri Adrijana Mesaroviç ilə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
“Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması, qaz elektrik stansiyasının tikintisi, xam neftin tədarükü, qaz tranziti üzrə əməkdaşlıq imkanlarını dəyərləndirdik. Dekabrda Azərbaycanda keçirilməsi planlaşdırılan Biznes Forumun enerji aspektinə dair fikir mübadiləsi apardıq”, - deyə P. Şahbazov bildirib.