ABŞ Prezidenti Donald Tramp Avropa liderlərini və Vladimir Zelenskini Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya ilə razılaşma əldə etməyə çağırıb.
Sherg.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tramp prezident təyyarəsinin göyərtəsindən kürəkəni Cared Kuşnerə zəng edərək avropalıların Ukraynaya “milyardlarla” vəsait xərclədiyini bildirib və bu pulları öz ölkələrinə yönəltməyə çağırıb.
Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tuskun da daxil olduğu Avropa liderləri isə Trampın çağırışına skeptik yanaşaraq Kiyevə hərbi dəstəyi davam etdirəcəklərini bildiriblər.
Bundan əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb Trampın avropalı liderləri Moskva ilə birbaşa əlaqə saxlamağa çağırdığını açıqlamışdı.
Rusiya Prezidenti Vladimir Putin isə Avropa ölkələrini Ukrayna məsələsi ilə bağlı mövqelərini müzakirə etmək üçün Moskvaya dəvət etdiklərini bildirib.