4 nəfərin qətlində şübhəli bilinirdi: 21 il sonra tualetdə yaxalandı

Türkiyənin Siirt vilayətində 2005-ci ildə 4 nəfərin öldürülməsi ilə bağlı 21 ildir axtarışda olan 53 yaşlı Y.İ. Adanada saxlanılıb.

Sherg.az xəbər verir ki, bu barədə Demirören Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Y.İ.-nin Adanada gizləndiyi müəyyən edilib. Jandarma əməkdaşları bir il davam edən təqibdən sonra onun qardaşının şəxsiyyət məlumatlarından istifadə etdiyini və gizli şəkildə qardaşının evinə girib-çıxdığını müəyyənləşdirib.

Əməliyyat zamanı şübhəli evdə tualetin qapısının arxasında gizlənərkən yaxalanıb. Onun üzərindən qardaşının şəxsiyyət vəsiqəsi çıxıb.

Üz tanıma sistemi vasitəsilə saxlanılan şəxsin Y.İ. olduğu müəyyənləşdirilib. Şübhəlinin jandarmadakı dindirilməsi davam edir.