SON DƏQİQƏ: “Bayğaralar” qruplaşmasına böyük zərbə, 101 şübhəli saxlanılıb

Türkiyənin Ədliyyə naziri Akın Gürlek “Bayğaralar” kimi tanınan silahlı cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirildiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, nazir Akın Gürlek bildirib ki, qruplaşmanın fəaliyyəti ilə bağlı mühüm sübutlar əldə edilib.

Onun sözlərinə görə, təşkilatın xaricdə olan rəhbər heyətinin göstərişləri ilə fəaliyyətini davam etdirdiyi müəyyənləşdirilib. İstintaq çərçivəsində 12-si cinayət işi üzrə təqsirləndirilən azyaşlı olmaqla, ümumilikdə 138 şübhəli müəyyən edilib.

Bu gün Adana mərkəzli 13 vilayətdə 135 ünvana eyni vaxtda əməliyyat keçirilib. Nəticədə 138 şübhəlidən 101-i saxlanılıb.

Xaricdə olduğu müəyyən edilən 23 nəfərin də daxil olduğu 37 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.