Fransanın Bordo Universitetinin alimləri xroniki tənhalığın 65 yaşdan yuxarı insanlarda demensiya riskini 38 faiz artırdığını müəyyən ediblər.
Sherg.az xəbər verir ki, araşdırmada 1988–2018-ci illərdə 65 yaşdan yuxarı 3 777 nəfər müşahidə edilib.
Məlumata görə, xroniki tənhalıq yaşayanların 49 faizində demensiya inkişaf edib. Bu göstərici ara-sıra tənhalıq yaşayanlarda 34, heç vaxt tənhalıq hiss etməyənlərdə isə 33 faiz olub.
Araşdırmanın nəticələri “Aging & Mental Health” jurnalında dərc olunub.