"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

Bakıda keçirilən "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şirkətlər arasında sənədlər imzalanıb.
Bu barədə "Report"a MSN-dən məlumat verilib.
Bildirilib ki, MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi, Milli Aerokosmik Agentliyi ilə Türkiyənin “Aselsan” şirkəti, Elmi Tədqiqat İnstitutu ilə Belarusun Dövlət Xarici Ticarət Unitar Müəssisəsi - “Belspesvneştexnika”, "Azərsilah" Müdafiə Sənayesi Holdinqi ilə Türkiyənin “REPKON”, Çinin "China Precision Machinery Import-Export Corporation", Bosniya və Hersoqovinanın "Tehnicki Remont Bratunac", Slovakiyanın "MSM Group", İsrailin "AS Holdings" və "Elbit Systems", Serbiyanın "Yugoimport SDPR" şirkətləri arasında müqavilələr imzalanıb.
Sənədlər qeyd edilən qurumlar arasında hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsini nəzərdə tutur.