Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Azərbaycanın “Qarabağ” futbol komandasının UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Tottenham”la bugünkü oyununda uğurlar arzulayıb.
Axar.az xəbər verir ki, bu barədə diplomat X hesabında paylaşım edib.
“Təkliflərinizi nəzərə alıb “Qarabağ”ın “Tottenhem”ə qarşı oyununu bu dəfə stadiondan deyil, evimdən izləməyə qərar verdim. Londona 4-cü dəfə səfər edən “Qarabağ”a uğurlar arzu edirəm!”, – paylaşımda qeyd olunub.